- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Türkiyədə yerli “Yeni Malatyaspor” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az saytı verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri görüş barədə bunu deyib:
“Hər kəs “Alanyaspor”la böyük hesablı məğlubiyyətdən sonra komandanın necə oynayacağını gözləyirdi. Uşaqları təbrik edirəm. Onlara əhsən düşür.
Təlim-məşq toplanışında qələbə də lazımdır, amma bizim əsas məqsədimiz çempionata tam hazır olmaqdır. Heyət yenidən qurulub. Bu oyun həm də psixoloji baxımdan qələbəni gətirdi”.