Mahir Əmrəli: “Hər kəs mənə dedi ki, sən bunu bacarmalı idin”

“Zaqreb Dinamo”su Xorvatiya 1-ci divizionunun 26-cı turunda evdə “Şibenik”ə 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, Mahir Əmrəli matç haqqında fikirini bölüşüb: 

“Həqiqətən, uzun müddəti idi bu səviyyədə oynamırdım. Bu gün “Dinamo” üçün xüsusi oyun oldu. Həqiqətən, xoşbəxtəm. Bu gedişatımızı davam etdirməliyik. İşləməyə davam edəcəyik. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

Növbəti matç səfərdə “Hayduk”a qarşı olacaq. Bu, Xorvatiyanın ən böyük derbisidir. Biz rəqibə deyil, öz oyunumuza diqqət etməliyik. Hər matçda qələbə qazanmaq istəyirik. “Sibenik”lə oyunun ilk hissəsində bir epizodda uğursuz oldum. Hər kəs mənə dedi ki, sən bunu bacarmalı idin. Uzun müddət idi oynamırdım.

Bəzi epizodları istədiyim kimi dəyərləndirə bilmirəm. Çox çalışmalıyam. Komandama daha faydalı olmaq istəyirəm. Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir. Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi”. 

Həmyerlimiz görüşün start heyətdə yer alıb. Onun ilk hissədə vurduğu zərbə dirəyə dəyib. O, 59-cu dəqiqədə Komnen Andriçlə əvəzlənib. Millimizin hücumçusu fevralın 3-ündə “Dinamo” ilə 4,5-illik anlaşıb.

Həmin kateqoriyadan