“Hər komponentdə rəqibə məğlub olduq“

Azərbaycan premyer liqasının 16-cı turunda “Səbail” səfərdə “Sabah”a 0:4 hesabı ilə məğlub olub.

Allsport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:

“Çox danışmaq istəmirəm. Hər komponentdə rəqibə məğlub olduq. Qarşıdakı iki oyunu başa vurub, hazırlaşmalıyıq. Transferlər də edəcəyik, güclənməliyik. Bu mövsüm birinci dəfədir ki, belə bir hissə oynayırıq. Enişdəyik, futbolda belə hallar olur. Qarşıdakı oyunlarda maksimum xallar toplamağa çalışacağıq“.

Həmin kateqoriyadan