Hər oyunçuya 400 min avro

Almaniya futbol assosiasiyası 2024-cü il Avropa çempionatında hər bir oyunçu üçün ödənişlə bağlı qərar verib.

Allsport.az xəbər verir ki, qrup mərhələsindəki qələbə hər oyunçuya 50 min avro, 1/4 finaldakı qələbəyə görə 100 min, yarımfinaldakı qələbəyə görə 150 ​​min avro qazandıracaq.

Almaniya millisi birinci yeri tutsa, hər bir oyunçu 400 min avro, ikinci yeri tutduqda isə hər oyunçuya görə 250 min mükafat alacaq.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Həmin kateqoriyadan