- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Şotlandiya yığmasının kapitanı Endryu Robertson Avro-2024-də Macarıstana məğlubiyyəti (0:1) şərh edib.
Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:
“Düzünü desəm, deyiləcək çox şey yoxdur. Biz hər şeyimizi verdik. Bu matçda qalib gəlməyimiz lazım olduğunu başa düşdük, amma əks-hücumda bizi yaxaladılar. Hər şey başqa cür də ola bilərdi, amma bu futboldur – belə olur. Bunun öhdəsindən gəlmək çox vaxt aparacaq”.