- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bakı idman sarayında güləş üzrə U-23 qitə çempionatında bu gün qadınlarda daha 5 çəkidə mükafatçılara aydınlıq gəldi. 53 kq-da Elnurə Məmmdova finalda ukraynalı Liliya Malançuka 2:13 uduzdu. Mükafatlandırmadan sonra o, allsport.az saytına açıqlama verdi:
“Ötən yarışda 3-cü yer tutmuşdum. Bu dəfə nəticəmi bir qədər də yaxşılaşdırdım. Əslində, qalib olmalıydım. Hər şeyi yaxşı qurmuşdum. Finalda ilk hissədə 2:0 üstün idim. Növbəti yarıda özüm hücum etməliydim, amma bəzi səvhlər etdim və boşluqlar verdim.
Yəqin, o məndən daha hazırlıqlı idi və çempionluq rəqibin qisməti idi. 2 ay zədə üzündən müalicə aldım. Bu da öz təsirini göstərdi. İstanbulda dünya olimpiya təsnifatında zədədən yenicə qayıtmışdım. O üzdən orada yaxşı çıxış edə bilmədim.
Hər şey Allahdandır. Söz verirəm ki, məni burada dəstəkləyən insanları gələn səfər üzməyəcəyəm”.