“Hərbçilər”in yeni “komandanı” məlum oldu

Azərbaycan I Divizionunda çıxış edən MOİK Futbol Klubunda baş məşqçi istefasının reallaşdığını xəbər vermişdik. Allsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq “hərbçilər”də Şamil Adilovun xələfinin adına aydınlıq gəlib.

Belə ki, uğursuz nəticələrə görə işindən ayrılmalı olan Adilovu bu postda Müşviq Qənbərov əvəzləyib. Bu yay “Rəvan”dan ayrılan gənc mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Başqa sözlə, Qənbərov 2018-ci ilin iyununa qədər “hərbçilər”in “komandanı” olacaq.

Qeyd edək ki, Müşviq Qənbərov futbolçu karyerası ərzində “Bakı fəhləsi”, “Kəpəz”, “Qarabağ” kimi aparıcı klubların formasını geyib, İranda legioner həyatı yaşayıb. Onun son iş yeri isə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi olub.

Həmin kateqoriyadan