“Həyəcan var idi”

Bu gün “Araz-Naxçıvan” premyer liqanın 6-cı turunda “Neftçi”yə 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahibinin baş məşqçisi Azər Bağırov bunu dedi:

“Neftçi” ölkəmizin adlı-sanlı, nəhəng klublarındandır. Onlara qarşı oynamaq həmişə çətindir. Yaxşı oyunçuları var. Bunları və “Neftçi”yə qarşı necə oynayacağımızı uşaqlara bildirmişdik.

Bəzi boşluqlarımız oldu. Həyəcan var idi. Şükürlər olsun ki, bu gün qələbə bizim oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı və sona qədər mübarizə apardılar”. 

Həmin kateqoriyadan