- Baxış sayı: 288
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 102
- Dekabr 05, 2025
- 0
Bu il Avropa və dünya çempionluğunu bayram edən Hacı Əliyev (61 kq) gələn il medal boxçasına daha birini əlavə etmək istəyir. Allsport.az saytına verdiyi özəl açıqlamada gənc sərbəst güləşçi dedi ki, doğma divarlar arasında keçiriləcək ilk Avropa Oyunlarında da baş mükafata sahib çıxmaq niyyətindədir:
«23 yaşım var. Hələ gəncəm. Bu o deməkdir ki, uğurlarımın davamını gətirib, yeni-yeni nailliyətlər qazanmaq imkanım var. Bakıda təşkil olunacaq Avropa Oyunlarında qızıl medalı hədəfləmişəm. İnşallah, hazırlıq və ustalıq səviyyəmi daha artırıb, sonda buna da yetişərəm».