Hafiz Məmmədov gileyləndi: “Halal pulumu qaytarmırlar”

“Bəzi klub rəhbərləri var ki, onlar “Bakı”nın varlığından narahatdılar. Bilmirəm, həmin adamlara nə etmişəm”. Allsport.az saytı xəbər verir ki, bu açıqlamanı “Bakı”nın prezidenti Hafiz Məmmədov deyib. Onun sözünə görə, ona gəlib çatan xəbərlərdən çox üzülüb.

Sportinfo.az-ın məlumatına görə, tanınmış iş adamı yaxın ətrafına gileylənib. Sitat: “Bakı” Azərbaycan futbolunun yaraşığıdır. Hələ də bir neçəsi mənə borcludur. Halal pulumu da qaytarmırlar. İmkanları var, qəsdən vermirlər. Bilərəkdən belə edirlər ki, biznesim irəli getməsin”.

Həmin kateqoriyadan