- Baxış sayı: 130
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0
Fransa ikinci liqasında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Odlar Yurdu Azərbaycan” (Land of fire Azerbaijan) reklamı ilə çıxış edən “Lans” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Kretel”lə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, bu Hafiz Məmmədovun klubunun ardıcıl üçüncü heç-heçəsidir. 3 xala malik “Lans” 3 turdan sonra 20 klub arasında 13-cü pillədə qərarlaşıb.