- Baxış sayı: 82
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Fransanın ikinci liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Odlar Yurdu Azərbaycan” (Land of fire Azerbaijan) reklamı ilə çıxış edən “Lans” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Valensyenn”lə qarşılaşıb. Matç “Azərbaycan klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Lans”ın cari mövsümdəki ilk qələbəsi olub.
Xatırladaq ki, Hafiz Məmmədovun sahibi olduğu “Lans” hazırda 7 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.