Baş hakim futbolçunu yerə sərdi

Meksika liqasında “Klub Amerika” öz evində “Leon”u qəbul edib.

Allsport.az xəbər verir ki, sakit keçən oyun 2-ci hissədə qarışıb. 1:1 davam edən oyunda künc zərbəsindənn sonra “Klub Amerika”nın oyunçunusuna qarşı kobud hərəhət olunub. Baş hakim Fernando Hernandez müdaxilə edərək “Lion” futbolçusuna “sarı” kart göstərib və bununlada gərgin keçən matç qarışıb.

“Lion” komandasından Lukas Romero əsəbiləşərək baş hakimin üstünə yeriyib. Bundan sonra Fernando onu dizi ilə vuraraq yerə sərib və baş məşqcilər daxil çox sayda oyunçuya qırmızı vərəqə göstərib.

Matçdan sonra danışan Lukas Romerobelə deyib: “Mən xüsusi bir şey istəmirəm. Mən sadəcə istəyirəm ki, onlar bizə elə hörmət etsinlər ki, biz də onlara hörmət edək. Onlar da bu hakimiyyətə malik idilər”.

Həmin kateqoriyadan