Hakim Militaoya niyə qırmızı kart göstərmədi?

Frenk Lempard hesab edir ki, “Real Madrid”in futbolçusu Eder Militao oyundan qovulmalı idi.

Allsport.az xəbər verir ki, “Çelsi” çempionlar liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real”a uduzub (0:2, ümumi hesab – 0:4).

“Kral” klubunun müdafiəçisi oyunun 22-ci dəqiqəsində ilk sarı vərəqəni alıb.

55-ci dəqiqədə “Çelsi”nin oyunçusu Trevo Çalobiyə qarşı braziliyalı kobudluq etdi, lakin baş hakim Daniele Orsato Militaoya ikinci kartı göstərmədi.

“Oyundan sonra şikayət etmək istəmirəm, amma Militao ikinci sarı vərəqəni almalı idi.  Həqiqətən nə düşündüyümü söyləmək istəmirəm… Bu hallarda onlar adətən sarı vərəqə göstərirlər”- deyə Lampart bildirib .

Həmin kateqoriyadan