- Baxış sayı: 22
- 29 Mart 2026 14:51
- Baxış sayı: 27
- Mart 29, 2026
- 0

“Real Madrid”in futbolçusu Federiko Valverdi 5 oyunluq cəzalandırıla bilər.
Allsport.az xəbər verir ki, ötən mövsüm la liqanın 28-ci turunda keçirilən “Real” – “Vilyarreal” oyunundan (2:3) sonra Madrid klubunun yarımmüdafiəçisi Valverdi dayanacaqda Aleks Baenanı gözləyib və onun üzünə zərbə endirmişdi.
Oyun zamanı “Vilyarreal”ın oyunçusunun Valverdi ilə həyat yoldaşının uşağını itirmiş ola biləcəyi ilə bağlı zarafat etdiyi bildirilir.
İstintaq hakimi idman yarışları komitəsinə “kral” klubunun oyunçusuna 5 oyunluq cəza verilməsini təklif edib.