- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

AFFA İmişlinin “Kür-Araz” klubunun baş məşqçisinin köməkçisi Üzeyir Sefizadəni cəzalandırıb.
Allsport.az xəbər verir ki, buna çalışdırıcının Azərbaycan II liqasının XI turunun “Baku Sportinq”lə oyunda etdiyi hərəkət səbəb olub.
Sefizadə qarşılaşmanın fasiləsində hakimin qərarına etiraz edib, ikinci sarıdan qırmızı vərəqə alıb və matç başa çatdıqdan sonra ədalət təmsilçisini təhqir edib. O, intizam komitəsi tərəfindən 5 oyunluq cəzalanıb, klubunu isə 400 manat ziyana salıb.