- Baxış sayı: 41
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 41
- Dekabr 05, 2025
- 0

Azərbaycan hakimi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
Allsport.az xəbər verir ki, FİFA referisi bu gün qadın futbolçulardan ibarət Türkiyə və Rumıniya millilərinin yoldaşlıq görüşünün baş hakimi olacaq. Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
Qeyd edək ki, matç Türkiyənin Antalya şəhərində yerləşən “Atatürk” olimpiya stadionunda keçiriləcək.