- Baxış sayı: 51
- 22 Dekabr 2024 21:44
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Avropa voleybol konfederasiyası növbəti dəfə həmyerlilərimizə etimad göstərib.
Allsport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov və AVF-nin kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova avrokubok yarışlarına təyinat alıblar.
E.Zülfüqarov kişi voleybolçular arasında çempionlar liqasına təyinat alıb. O, “B” qrupunda mübarizə aparan “Fənərbağça” və “Mint vero volley Montsa” komandalarının matçında ikinci hakim olacaq. Qarşılaşmanın birinci hakimi isə yunanıstanlı Vasileios Vasileiadisdir. Qarşılaşma bu gün yerli vaxtla saat 19:00-da “Burxan Fələk voleybol salonu”nda keçiriləcək.
N.İsmayılova da bu gün Bolqarıstanın paytaxtı Sofiyada kişi voleybolçular arasında keçiriləcək çempionlar liqasının “E” qrupunda baş tutacaq “Levski Sofia” (Bolqarıstan) və “SVG Lüneburg” (Almaniya) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.