- Baxış sayı: 70
- 25 İyun 2026 17:55
- Baxış sayı: 92
- İyun 26, 2026
- 0

Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov Avropa voleybol konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Allsport.az xəbər verir ki, Zülfüqarov kişi voleybolçular arasında çempionlar liqasında “E” qrupunda yer alan “Levski Sofiya” (Bolqarıstan) və “Chaumont VB 52” (Fransa) komandalarının qarşılaşmasında birinci hakim olacaq. Görüşün ikinci hakimi lixtenşteynli Aleksander Sikanjicdir.
Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək oyun bu gün yerli vaxtla saat 20:00-da başlayacaq.