- Baxış sayı: 46
- 11 Fevral 2025 20:06
- Baxış sayı: 102
- Fevral 10, 2025
- 0
Çimərlik voleybolu üzrə “Qış kuboku” keçirilib.
Allsport.az xəbər verir ki, voleybol federasiyasının idman zalında təşkil olunan yarışda ümumilikdə 24 komanda iştirak edib.
Reqlamentə əsasən, komandalar bir qadın və bir kişi voleybolçudan ibarət olub. Yarış çimərlik voleybolunun qaydaları tətbiq olunmaqla olimpiya sistemi üzrə keçirilib.
Turnirdə birinci və ikinci yerləri “Murov Az Terminal” klubunun təmsilçiləri tutublar. Birinci yeri Ülkər Kərimova/Vladislav Jloba, ikinci yeri Elmin Alışanov/İlhamə Əzimova cütləri tutub. Yarışın bürünc medalçıları isə Nəriman Bayramlı/Çinarə Quliyeva cütü olub.
Qaliblərə kubok və medallar təqdim olunub.