- Baxış sayı: 20
- 27 Noyabr 2024 13:47
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 12-ci turunda “Sabah” – “Qəbələ” oyunundan (2:1) sonra, qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir: “Oyunun ağır olacağını öncədən də bilirdik. “Sabah” iddialıdır, çempionatın liderlərindən biridir. Komanda meydanda yaxşı mübarizə apardı. Oyunun dinamikası yüksək idi. Əlbəttə, belə məğlubiyyət almaq ağırdır. Amma hər yenilgi bizi daha da güclü etməlidir.
“Qəbələ” xal itirəndə hər kəs bir cür yanaşır. Bəziləri daxildə nələrsə baş verdiyini fikirləşir, digərləri bunu fiziki durumla bağlayır. Komandada həm ab-hava, həm fiziki hazırlıq yaxşıdır. Oyunlar bir-birindən fərqlidir. İddialı rəqiblə daha yüksək motivasiya ilə oynayırlar. Bugünkü matçda da hiss olunurdu. Mənim üçün qara zolaq anlayışı yoxdur. Bir qələbədən sonra heç kim bu haqda danışmayacaq. Görüşü analiz edəcək və daha yaxşı olmağa çalışacağıq.
Hakimlikdən danışmaq istəyirəm. Mənim gördüyümə əsasən Elvin Camalov ikinci sarı vərəqə almalı idi. “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm. Ancaq hakimlər ilk qarşılaşmada da, bu dəfə də fərqli reaksiya verdilər. Qırılma nöqtəsi həmin epizod idi. Bundan əvvəlki üç oyunda xal itirməyimiz gərginlik yaratmayıbsa, deməli komandanı bundan uzaq saxlamağa çalışırıq. Düşünmürəm ki, bu matçı uduzmağımızın növbəti oyuna təsiri olacaq”.