- Baxış sayı: 33
- 17 Yanvar 2025 23:37
- Baxış sayı: 91
- Yanvar 17, 2025
- 0
Premyer liqanın 19-cu turunda keçirilən “Neftçi” – “Kəpəz” oyununda da hakimlərin qərarı futbol və idman KİV-ində müzakirəyə səbəb olub. Allsport.az saytı xəbər verir ki, görüşün 17-ci dəqiqəsində gəncəlilərin müdafiəçisi Tural Axundov “Neftçi”nin çex legionçusu Zdenek Folprextə qarşı cərimə meydançasında kobud oynayıb.
Bu zamanı “aö-qaralar” 11-metrlik cərimə zərbəsi gözləsələr də, matçın hakimi Rauf Cabbarov davam işarəsi verib. Ona penalti barədə köməkçilərindən də bildiriş gəlməyib. Meydan sahiblərinin etirazları da bir nəticə verməyib.
Oyun başa çatdıqdan sonra, bayraqdar həmin məqamın videosunu yayımlayaraq, referilərin qərarından narazı olduqlarını bildiriblər. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun “Feysbuk”da paylaşdığı videonu təqdim edirik: