- Baxış sayı: 18
- 24 Noyabr 2024 21:49
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Misli premyer liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyunundan (3:2) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki təcrübəli mütəxəssis qarşılaşma barədə bunu deyib:
““Sabah”ı təbrik edirəm. Oyundan sonra baş məşqçilərini təbrik edə bilmədim. Uğurlar arzulayıram. Məğlub olduq, bunu qəbul edirik. Nəyisə düz etməmişdik. Oyuna daha ciddi yanaşmalı idik. Yaxşı məşqlərimiz oldu, arxayınlıq yox idi. Bu gün rəqibdə istək daha çox idi. Əks-hücumlardan çox sadə qollar buraxdıq. Belə oyunlar faydalı olur. Uzun seriyadan sonra məğlubiyyət gözlənilir. Matçı analiz edəcəyik, qarşıdakı görüşlərə daha ciddi hazırlaşacağıq. “Sabah”la bütün oyunlarımız maraqlı oldu. Azarkeş üçün bol qollu görüşlər maraqlıdır. Amma bu qədər çox qol buraxmaq olmaz. Bəlkə də bu görüşlər komandanın öz formasından uzaq olduğu vaxta düşür”.
O, hakimlik və məğlubiyyət barədə də danışıb: “Hakimlik barədə o qədər danışılıb ki, hansı epizodun necə olacağını bilmirəm. Mən daha çox mübarizə olmasının tərəfdarıyam. Hansı qayda düzdürsə, elə olmalıdır. Gördüm ki, Bədaviyə rəqibin dirsəyi dəydi. Biz peşəkar klubuq, azarkeş üçün oynayırıq. Azarkeş qalibiyyətimiz üçün gəlir. Nə məşqdə, nə hazırlıqda başqa fikrimiz olmur. Mövsümün sonuna qədər yüksək formada olmaq istəyirik. Məğlubiyyət hər lider üçün gözləniləndir. Daha yaxşı oynaya bilərik. Cari mövsümdə digər komandalar da çox xal itirdilər”.
Baş məşqçi premyer liqada komanda sayının dəyişdrilməsinə də toxunub: “Böyük futbol ölkəsi olmaq üçün komanda sayı artırılmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək, azarkeş sayını artırmaq lazımdır. Bu gün çempionat oyununa 2-3 min azarkeş gələndə sevinirik. Komanda sayı artsa, azarkeş də çox olacaq. Birində az, digərində çox ola bilər. Bunlar çox vacibdir. Amma daha vacib olan keyfiyyətdir. Gözəllik üçün say artırmaq istəyiriksə, klublar problemlə üzləşəcəksə, buna ehtiyac yoxdur.
Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olub. Əgər 2, 3 ya 4-5 komanda buraxacağıqsa və problemləri olmayacaqsa, niyə də bizdə 16 ya 18 klub oynamasın. Eyni rəqiblə 4 dəfə oynamaq azarkeş üçün maraqlıdırsa, bizim üçün elə deyil. Kubokda da bir-biri ilə düşəndə isə 6 dəfə qarşılaşırlar. Mən komanda sayının artırılmasının tərəfdarıyam, amma keyfiyyətli şəkildə edilməlidir”.