- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Nəticə 80 dəqiqə ərzində baş verənləri əks etdirmir. Çünki son 10 dəqiqə həlledici oldu”.
Allsport.az xəbər verir ki, bunu Polşa “Legiya”sının baş məşqçisi Çeslav Mixneviç İtaliyada “Napoli”yə 0:3 hesabı ilə uduzduqları UEFA Avropa liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, hərdən oyunçu əvəzləmələri əhəmiyyət kəsb edir: “Nəticə komandaları qane etməyəndə hansısa anda meydana ehtiyatdakı oyunçular buraxılır. Onlar adi vaxtda heyətdə yer alanlardan ibarət olur. Bu oyunda da gücümüzü itirdikdə əvəzetmələr etdik. Elə rəqib komanda da dəişikliklərə əl atdı. Onların rotasiyaları daha yaxşı alındı. Əvvəllər də komandamıza kömək etmiş iki oyunçumuz – Mahir Əmrəli və Lirim Kastratinin ifasında iki qol imkanı yaratdıq. Fərqlənə bilərdik, amma bu, baş vermədi. Hamı bu iki epizoda təəssüflənir”.
Mixneviçin fikrincə, ələ düşən fürsətlərdən yararlanmaq lazım idi: “Bilirdik ki, elə də çox imkanımız olmayacaq. Fürsətlərimizdən istifadə etməli idik. İki önəmli hücumu sona çatdıra bilmədik. Əvəzində rəqib bu epizodlardan sonra əks-hücumda bizə qol vurdu”.
Mahir Əmrəli “Napoli” ilə qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olub. 75-ci dəqiqədə onun zərbəsi qapı dirəyinə tuş gəlib.