“Hamımız üçün uğurlu mövsüm oldu”

Ölkə kubokunun finalında “Qarabağ” “Zirə”yə 2:1 qalib gəlib. Allsport.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Hamımız üçün uğurlu mövsüm oldu. Maraqlı çempionat keçdi. Kubokun finalı da yaxşı, dinamik, azarkeşlər üçün maraqlı oyunla mövsümə damğasını vurdu. Azarkeşlərə də təşəkkür edirəm. Bu gün qarşımızda çox istəkli və dinamik komanda var idi. Sonadək məğlub olmaq istəmədilər, bizə istədiyimiz oyunu göstərməyə imkan vermədilər. Meydan boyu düzgün müdafiə və hücumlar qurdular. “Zirə”yə bu mövsümdə ancaq alqış düşür. Çox yaxşı mövsüm keçirdilər. Rəhbərliyini təbrik edirəm, uğurlar arzulayıram. Öz futbolçularımı ürəkdən təbrik edirəm. Hər iki kubokun qalibi oldular. Həm çempionat, həm kuboku qazandılar. Çox uğurlu mövsüm keçirdik. Futbolçular böyük işlər gördülər. Qarşıdakı yeni mövsümdə futbolçularımızı daha istəkli etməyə çalışacağıq. Uğurdan sonra bəzən çətin olur. İstəyi çoxaltmağa çalışacağıq ki, növbəti mövsümü də uğurlu keçirək”.

Həmin kateqoriyadan