Hannes Halldorsson: İndi yeni şeyləri sınaqdan keçirmək və yeni macəra dalınca getmək lazımdır
4 iyul 2018 / 11:01 Baxış sayı: 849 “Qarabağ” Danimarkanın “Randers” klubundan qapıçı Hannes Halldorssonu alıb. Allsport.az saytı xəbər verir ki, indən İslandiya millisinin üzvü Ağdam komandasına keçidini belə izah edib:
“Burada keçirdiyim dövrdən çox razıyam. “Randers”də və eyniadlı şəhərdə özümü yaxşı hiss edirdim. Randers gözəl şəhərdir və buradan ayrılmaq asan qərar olmadı. Lakin artıq 34 yaşım var. İndi yeni şeyləri sınaqdan keçirmək və yeni macəra dalınca getmək lazımdır. Klubuma və iki il ərzində birgə olduğumuz hər kəsə minnətdarlıq etmək istərdim. Ümidvaram ki, gələcəkdə “Randers” üçün hər şey daha yaxşı olacaq”.
Hannes Halldorsson Rusiya-2018 Dünya Kubokunda İslandiya millisinin heyətində Argentina ilə görüşdə Lionel Messinin penaltisini dəf etməklə diqqət mərkəzinə düşüb.