Hansı klub, nə qədər cərimələndi?

Bu gün intizam komitəsinin növbəti iclası keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan premyer liqasının 20-ci turunda oynanılan oyunlarla bağlı qərarlar qəbul edilib:

“Kəpəz” – “Qarabağ” oyununda ev sahibinin 5 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cəzalanıb.

“Zirə” – “Sabah” oyununun 44-cü dəqiqəsində “Bayquşlar”ın 4 nömrəli futbolçusu Elvin Camalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, Masazır klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Qəbələ” oyununda “qırmızı-qaralar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Qəbələ klubu 700 manat cərimə edilb. Oyununun 59-cu dəqiqəsində “Qəbələ”nin 3 nömrəli futbolçusu Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb və komandasını 800 manat ziyana salıb.

Oyun bitdikdən sonra “qırmızı-qaralar”ın 9 nömrəli futbolçusu Əyyub Allaş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun diskalifikasiya olunub və klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmin kateqoriyadan