- Baxış sayı: 27
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.
“Sabah”la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Riçard Almeyda biri şərti olmaqla 2 oyun cəzalanıb, “Qarabağ” 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay müəyyənləşdirilib.
“Qəbələ” – “Araz-Naxçıvan” görüşündə 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimələnib. “Neftçi” – “Sumqayıt” qarşılaşmasında meydan sahibləri 6, qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı üçün eyni cəzaya məruz qalıblar.
Matç bitdikdən sonra “ağ-qaralar”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Bakı klubu 1500 manat xərcə düşüb.