- Baxış sayı: 35
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, premyer liqanın XXII turunda baş verənlər müzakirə olunub.
“Kəpəz” – “Səbail” oyununda meydan sahibləri 6, qonaqlar 4 futbolçu sarı vərəqə aldığı üçün hərəyə 700 manat cərimə edilib. Matçın fasiləsində Gəncə klubunun futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev “Neftçi” ilə qarşılaşmanın fasiləsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. O, klubunu 1500 manat ziyana salıb. “Ağ-qaralar” 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.
90+3-cü dəqiqədə bakılıların azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat ziyana düşüb.