- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, yığıncaqda premyer liqanın 27-ci turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.
“Qəbələ” ilə oyunun 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Numan Kurdiç 1 matçlıq cəzalanıb. Klub 800 manat cərimələnib.
“Turan Tovuz” – “Qarabağ” matçı bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A” buraxılışı vəsiqəsi olmayan şəxslər buraxıldığına görə meydan sahibləri 500 manat cərimə edilib. Qarşılaşmanın 6-cı dəqiqəsində “köhlən atlar”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimələnib.
“Sumqayıt” – “Sabah” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat ödəməli olacaq.