- Baxış sayı: 17
- 24 Noyabr 2024 21:11
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XXXI turunda baş verənlər müzakirə olunub. Çempionatın “Turan Tovuz” – “Sumqayıt” oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” 800 manat ödəyəcək. Qarşılaşmanın birinci hissəsi bitdikdən sonra Qərb təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat ziyana düşüb. 4 futbolçusu sarı vərəqə alan qonaqların cəriməsi 700 manat olub.
“Qarabağ” – “Qəbələ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.
“Zirə” – “Neftçi” matçında qırımızı vərəqə alan Ceyhun Nuriyev 1 oyun cəzalanıb. O, meydan sahiblərini 500 manat ziyana salıb. Görüş bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” 800 manat cərimə edilib.
“Kəpəz” – “Sabah” qarşılaşmasında Gəncə klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat xərcə düşüb.