- Baxış sayı: 22
- 25 Noyabr 2024 14:38
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
AFFA intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XVII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz” – “Sumqayıt” oyununun 26-cı dəqiqəsində, həmçinin oyun bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “gənclik şəhəri” təmsilçisi 1500 manat cərimə edilib.
“Səbail” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində bölgə klubunun futbolçusu Samuel Tetteh təcavüzkar davranışa – rəqibə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Qırmızı-qaralar” isə ona görə 3000 manat ziyana düşüb.
“Araz-Naxçıvan” – “Sabah” oyununda qonaqlar 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” oyununda Ağdam təmsilçisinin azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Qurban Qurbanovun komandası 1000 manat cətimələnib.
Eyni hadisə və hal səbəbindən “ağ-qaralar” da 1000 manat ziyana düşüblər.