- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Allsport.az sizi qərarlarla tanış edir
“Sabah” – “Neftçi” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “ağ-qaralar” daha 1500 manat cərimə olunub. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “bayquşlar” 800 manat ödəyəcək.
“Səbail” – “Zirə” qarşılaşmasında 4 futbolçusu xəbərdarlıq alan meydan sahibləri 700 manat ziyana düşüb.
“Kəpəz” – “Turan Tovuz” görüşündə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilin qonaqlar 1500 manat cərimə edilib. Oyunun 9-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Faiq Hacıyev biri şərti olmaqla 2 matçlıq cəzalanıb, tovuzluları 1500 manat ziyana salıb. Onun sınaq müddəti 3 ay təyin edilib.
“Qəbələ” – “Sumqayıt” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 700 manat cərimələnib.