“Hazırlıq istədiyimiz səviyyədədir”

“Qəbələ”nin kapitanı Asif Məmmədov müsahibə verib. Allsport.az saytı xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yeni mövsümə hazırlığı dəyərləndirib və komandanın məqsədindən danışıb.

– Hazırlıq istədiyimiz səviyyədədir. Əvvəldən necə fikirləşmişdiksə, o cür də davam edirik. Şükür ki, indiyə qədər zədəli oyunçumuz da yalnız bir nəfər olub. Bu günə qədər problemsiz addımlamışıq. Ümid edirəm ki, bundan sonra da hər şey istədiyimiz kimi olar və hazırlıq prosesini başa çatdırıb çempionata maksimum güclə start verərik.

– Yoldaşlıq görüşlərində komandanın göstərdiyi oyun necədir? Səncə, məşqçilər heyəti oyununuzdan razı qalır?
– Yoxlama oyunlarının birində heç-heçə etsək də, digərlərinin hamısında qələbə qazanmışıq. Amma təbii ki, çatışmayan bəzi nüanslar var ki, onları da məşqçilərimiz sayəsində aradan qaldıracağıq. Lakin ilkin baxışdan hər şey qənaətbəxşdir.

Həmin kateqoriyadan