- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Azərbaycan kubokunun yarımfinalında keçirilən 4 oyunda heç-heçə qeydə alınmayıb.
Allsport.az xəbər verir ki, “Neftçi” və “Turan Tovuz”un duellərində tərəflər evdə (0:1, 2:0) qalib gəlibsə, “Qəbələ” “Səbail”i hər 2 matçda (3:2, 1:0) məğlub edib.
Kubok qazanmağa iddialı komandaların mübarizə apardığı yarımfinalda heç-heçənin olmaması son 14 mövsümdə ilk dəfə qeydə alınır. Belə hadisə sonuncu dəfə 2008/09 mövsümündə yaşanıb.
Həmin vaxt “Qarabağ” “Bakı”nı 2 dəfə məğlub edib (2:1, 2:1), “İnter”lə “Qəbələ” isə ev oyunlarında (5:0, 0:2) qalib gəlib. Sonrakı mövsümlərdə yarımfinalda ən azı 1 matç sülhlə tamamlanıb.
Koronavirus pandemiyası üzündən yarımçıq qalan 2019/20 mövsümündə yarımfinal cütləri müəyyənləşsə də, qarşılaşmalar baş tutmayıb.