- Baxış sayı: 14
- 05 Dekabr 2025 17:24
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

İspaniya millisinin 16 yaşlı cinah oyunçusu Lamin Yamal “Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi ilə müqayisə olunmasından danışıb.
Allsport.az xəbər verir ki, o, bu müqayisələrin düzgün olmadığını söyləyib:
“Messi ilə müqayisələr? Tarixin ən böyük futbolçusu ilə müqayisə olunmaq diqqəti yayındırır. Çünki sən heç vaxt onun kimi olmayacaqsan.
Messi ilə fotom ortaya çıxanda təbii ki, bundan xəbərim yox idi. Bu foto atamda hələ də var. Biz bu fotoları paylaşmamışdıq, çünki mənimlə Leo arasında müqayisə aparılmasını istəmədik”.