Helmut Marko: “Ağırlığı azalda bilsək, “Ferrari”yə yaxınlaşacağıq”

“Red Bull” çempionatda yaxşı başlanğıc edə bilməyib. Allsport.az saytı xəbər verir ki, yeni mövsümün ilk 3-yarışın 2-sində finiş xəttinə çata bilməyib. Komandanın idman məsləhətçisi Helmut Marko durumu belə izah edib:

“Maşınımız hazırda “Ferrari”dən zəifdir. 10 kq-lıq ağırlığımız var. Nəticə olaraq, hər dövrəyə 0.3 saniyə itirməyimizə səbəb olur. Lakin maşını yüngülləşdirmək çox bahalı işdir.

Komandanın büdcə həddi də düşünəndə, işimiz çox çətinləşir. İmolaya yeni paket ilə qatılacağiq. Ağırlığı azalda bilsək, “Ferrari”yə yaxınlaşacağıq”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan