Helmut Marko: Sürücülərimizin hesabına geriliyi aradan qaldırmağa çalışırıq

“Red Bull” şirkətinin idman məsləhətçisi Helmut Marko hazırda ən güclü sürücülərə sahib olduqlarını bildirib. Allsport.az saytı xəbər verir ki, komandasının pilotları Maks Ferstappen və Daniel Rikkardo keçən il ümumilikdə 2 yarış qazanmışdılar. F-1.az xatırladır ki, amma bu il “qırmızı öküzlər”  rəqabətə davamlı olmadığı üçün əsas rəqiblərindən geri qalırlar.

“Sürücülərimiz arasında mükəmməl balans qurmuşuq və hazırda peletonda ən yaxşı cütə sahib olan komanda bizik. Bolidimiz istənilən səviyyədə olmasa da, sürücülərimiz hesabına bu çatışmazlığı aradan qaldırmağa çalışırıq.

Hazırda Həmilton və Fettel öndədirlər. Biz isə Bottasla Rəykköneni geridə qoyaraq zərəri minimuma endirmək istəyirik. Barselonada daha güclü bolidlə yarışacağıq. O vaxta qədər fərqin artmasına icazə verməməliyik” – deyə, Helmut Marko əlavə edib.

Həmin kateqoriyadan