- Baxış sayı: 32
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq konfrans liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis, 2:2 hesabıyla bitən matçla bağlı bunları söyləyib:
“Yaxşı oyun idi. “Qarabağ”ın gücü bəllidir. Rəqib qrupda 1-ci yer tutmaq üçün yalnız qələbəyə köklənmişdi. Bunu bilirdik. Bu üzdən müdafiəyə çəkilmişdik. Gözəl qollar oldu. Yolumuza davam edirik.
Hakimlik barədə danışmaq istəmirəm. Onların işi normal idi. Həm “Bazel”, həm də “Qarabağ”la səfərdə heç-heçə etmişik. Penaltimiz verilsəydi, İsveçrə kubunu uda da bilərdik. “Qarabağ”la evdə yaxşı başladıq. Sadəcə, 2-ci qoldan sonra səpələndik və nizam itdi. Mən hər 2 rəqibi bərabər gücdə sayıram”.