- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın prezidenti Tahir Gözəl, komandanın baş məşqçisi Qurban Qurbanovun yaratdığı “My Class” fitnes klubu ilə tanış olub. Allsport.az saytı xəbər verir ki, o, məkanı çox bəyəndiyini deyib: “Buranın açılışında gələ bilməmişdim. Çox sevinirəm ki, “Qarabağ”dan qazandığı pulları, imkanları təzədən ölkəmizə, Vətənimizə ciddi şəkildə yatırım edərək, çox gözəl yer düzəldiblər.
Qurban Qurbanovu təbrik edirəm, çox gözəl yer düzəldiblər. Qurban müəllimin bütün həyatı idman və sağlamlıqla keçib. Bakıda idman salonu, sauna və hamamı olan məkan görə bilərsiniz. Amma hamısının birlikdə olduğu kompleks məkanlar çox nadirdir. Bura xeyli zəhmət qoyulub. Mən inşaatla məşğul olduğuma görə bunu yaxşı başa düşürəm. Ən önəmlisi odur ki, burada gözəl infrastruktur var. Havalandırma, isitmə sistemi, suyun təmizliyi əladır.
Çox bəyəndim. Hamımız müasir dövrdə böyük streslərə düçar oluruq. İnsan isə sağlamlığına çox diqqət yetirməlidir. Hesab edirəm ki, bu cür məkanlar insanlara yeni mədəniyyət və anlayış gətirir. Bura beynəlxalq standartlara cavab verir. Çox gözəl VİP zallar və otaqlar gördüm. Qurban Qurbanovu dəstəkləyirəm, onunla fəxr edirəm. “Qarabağ” bir ailədir. Qurban müəllimə xeyirli olsun deyirəm. Çox sevindim”.