“Heydər Əliyev kuboku”nda 7 boksçumuz finala yüksəlib

Bakıda yeniyetmə boksçuların “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirində 1/4 finalın görüşləri başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın 4-cü günündə son 2 çəkidə də yarımfinalçılar müəyyənləşib.

Həmçinin, 3 çəkidə 1/2 final görüşləri baş tutub. Döyüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin daha 3 boksçusu yarımfinala, 7 idmançısı isə finala vəsiqə əldə edib. Boks mərkəzində ənənəvi turnirin 5-ci günündə 18 görüş keçiriləcək.

1/4 final

60 kq
Vüsal Xəlilov (Azərbaycan) – Elgün Abbaslı (Azərbaycan) – 5:0
Haqverdi Həsənov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) – 2:3
İslam Tağıyev (Azərbaycan) – Yerdavlet Şomekey (Qazaxıstan) – 1:4
Akaki Basaria (Gürcüstan) – İslam Yermuhambet (Qazaxıstan) – 4:1

63 kq
Kənan Aslanlı (Azərbaycan) – Zəkəriyyə Rəhimov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Tamerlan Məmmədov (Azərbaycan) – Matvey Mikulski (Belarus) – 1:4
Tahir Rəsulzadə (Azərbaycan) – Bibaris Aşırbay (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib
Nika Beriya (Gürcüstan) – Sultan Satbay (Qazaxıstan) – 5:0

1/2 final

52 kq
Bağır Əmirxanlı (Azərbaycan) – Raul Heydərli (Azərbaycan) – 5:0
Temirxan Jolmaxan (Qazaxıstan) – Əli Baxışov (Azərbaycan) – 0:5

54 kq
Nurmuhammed Aldabergin (Qazaxıstan) – Sübhan Babayev (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib
Giorgi Kilasonia (Gürcüstan) – Umar Madiminov (Qırğızıstan) – 5:0

66 kq
Luka Mazanaşvili (Gürcüstan) – Adil Zalov (Azərbaycan) – 0:4
Valeh Eyvazlı (Azərbaycan) – Raul Əsədullayev (Azərbaycan) – 4:1

+ 80 kq
Məhəmməd Cəfərov (Azərbaycan) – Daniil Koşnev (Belarus) – 3:2
Vladislav Samojonov (Qazaxıstan) – Səftər Məmmədzadə (Azərbaycan) – 0:5

Həmin kateqoriyadan