“Heydər Əliyev kuboku”nun açılışı

Bakıda yeniyetmə boksçuların “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirinin açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir iştirakçı komandaların keçidi ilə başlayıb.

Ardınca gənclər və idman nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev, Azərbaycan boks federasiyası (ABF) idarə heyətinin üzvü Rövşən Hüseynov, İdman səfiri İlqar Qurbanov və turnirin supervayzeri Petr Vinnik çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Dövlət himni səsləndirildikdən sonra, turnir açıq elan olunub.

Boks mərkəzində yarış mayın 18-də başa çatacaq. Turnirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan və Qırğızıstan yığmaları 13 çəki dərəcəsində güclərini yoxlayırlar.

Həmin kateqoriyadan