- Baxış sayı: 35
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Heydər Əliyev fondunun təşkilatçılığı ilə “Bakı marafonu-2019” keçirilib. Allsport.az saytı xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə 4-cü il təşkil olunan qaçış Dövlət bayrağı meydanından start götürərək, Bakı olimpiya stadionunadək 21 kilometr məsafəni əhatə edib.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar qatılıb. Tədbirdə ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar olub. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub.
Kişilərdə uqandalı atlet İsmail Ssenyange finiş xəttinə 1-ci çatıb. İranlı Məhəmməd Cəfər Moradi 2-ci, həmyerlimiz Elman Abışov 3-cü olublar. Qadınların arasında ukraynalı Valentina Poltavskaya, şotlandiyalı Suzanne Matonti və Azərbaycan təmsilçisi Anna Yusupova müvafiq olaraq 1-3-cü yerləri tutublar. Qızıl medal qazanan hər bir iştirakçı 3000, gümüş alan 2000, “bürünc”ə yiyələnənlər 1000 manat mükafat və hədiyyələrlə təltif olunublar.