Heydər Əliyevin xatirəsinə kikboks yarışı

Azərbaycan kikboksinq federasiyasının dəstəyi və Xüsusi təyinatlı idman klubunun təşkilatçılığı ilə Heydər Əliyevin 103 illik xatirəsinə kikboks üzrə kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında yarışın açılışı baş tutub. Allsport.az saytı xəbər verir ki, mərasimdə VAKO prezidenti Roy Baker iştirak edərək AKF-in fəxri prezidenti Adil Əliyevə və federasiyanın prezidenti Orxan Əliyevə xatirə hədiyyələri təqdim edib.

Qonaq, çıxışında Azərbaycanda kikboksinqin sürətli inkişaf etdiyini vurğulayaraq bildirib ki, ölkəmiz artıq bu idman növü üzrə regionda nümunə göstərilən ölkələrdən birinə çevrilib. O, idmançıların beynəlxalq arenadakı uğurlarını yüksək qiymətləndirərək federasiyanın fəaliyyətini təqdir edib və gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Həmin kateqoriyadan