- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Sabah “Qarabağ” konfrans liqasının 1/16 finalının cavab oyununda Belçikada “Gent” klubu ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, oyun öncəsi mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Heyn Vanhazebruq bunu deyib:
“Tamaşaçılarımızın dəstəyinə ehtiyacımız var. Ola bilsin ki, bazar günü “Brügge” ilə oyun azarkeşlər üçün daha vacib görünsün. Amma “Qarabağ”la oyunda yaxşı nəticə həmin matça təsir edə bilər. Artıq bilet alan bütün tərəfdarlarla fəxr edirəm və ümid edirəm ki, şübhə edənlər də buna inanacaqlar”.
Səfərdə bir qolla uduzduq. Bu, bizə hələ də 2-ci oyunda fürsət verir. Bazar günü “Leuven”lə görüş ideal nümunədir. Çətin ilk hissədən sonra sudan çıxdıq və 2 top fərqi ilə qalib gəldik. “Qarabağ”a qarşı da eyni şeyi edə bilsək, deməli, qənimət var”.