“Ximki” baş məşqçi ilə yolunu ayırıb

Allsport.az xəbər verir ki, Rusiya premyer liqasında çıxış edən “Ximki” klubunun baş məşqçisi Spartak Qoqniyev vəzifəsindən ayrılıb. Bu barədə klubun sosial şəbəkələrində məlumat yayılıb.

Klubun rəhbərliyi və Qoqniyev tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verib. Təcrübəli mütəxəssis bu ayrılığı belə şərh edib:

“Moskva klubuna göstərdikləri etimada və premyer liqa klubunu çalışdırmaq fürsətinə görə təşəkkür etmək istəyirəm. “Ximki”yə bütün qəlbimlə uğurlar, firavanlıq və qarşıya qoyulan vəzifələrin həllini arzulayıram”.

Qoqniyev kluba 2022-ci ildən rəhbərlik edirdi. O, komandadan ayrıldıqdan sonra Renat Bilyaləddinov baş məşqçi əvəzi təyin edilib.

Həmin kateqoriyadan