- Baxış sayı: 20
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqanın XIV turunda “Neftçi” – “Qəbələ” oyunundan (2:0) sonra, qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir: “Oyunun ağır keçəcəyini bilirdik. “Neftçi” iddialı komandadır və heyətində yaxşı futbolçular var. Uduzsaq da, istədiyim oyunu, dinamikanı gördüm.
Mənim istədiyim komanda budur. İnanıram ki, bu tempdə davam etsək, qarşıdakı matçlarda daha yaxşı olacağıq. Biz komandanı yerli və əcnəbilərə bölmürük. İndiki durumda daha çox xeyir verən futbolçulara güvənirik. Çoxsaylı qol imkanları yaratdıq. Amma bu epizodları dəyərləndirə bilmədik.
Biz hiss edirik ki, axsamalar son nöqtəni qoymaqla bağlıdır. Bunun üzərində işləyirik. İnanıram ki, onu da düzəldəcəyik. Çempionatın hər görüşü ağırdır. Uğurlu nəticə qazanmaq üçün hər oyuna maksimum köklənmək vacibdir”.