“Hisslər gözəldir”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya çempionatında qalibiyyətlə bağlı duyğularını bölüşüb.

Allsport.az xəbər verir ki, aprelin 22-də “neradzurri” “A” seriyasının 33-cü turunda “Milan”ı məğlub edib.

Bu nəticə “İnter”ə çempionatın bitməsinə 5 tur qalmış İtaliya çempionu olmağa imkan verib. Neradzurrilər üçün bu çempionat tarixdə 20-ci çempionluq olub.

“Hisslər gözəldir, biz inanılmaz bir şey etdik və çoxlu qəhrəmanlarımız var: oyunçular, klub, prezident.

Hər gün daha güclü olmaq üçün çox çalışırıq. Düşünürəm ki, artıq ilk mövsümdən, çempionlar liqasındakı ilk oyundan, “Real”la qarşılaşdığımız zaman yaxşı başlanğıc görünürdü və sonda altı kubok qazandıq.

Səfərim əla keçdi. Mənə məşqçi kimi işə başlamaq imkanı verdiyi üçün “Latsio”ya hər zaman minnətdar olacağam. Bizim üçün hər şey yaxşı gedirdi və sona qədər mübarizə apardığımız koronavirusa görə yarımçıq qalan çempionat yadımdadır. “Latsio” əməkdaşlığı davam etdirmək istəyirdi, amma bir şey mənə dəyişikliklərin lazım olduğunu söylədi”.

Həmin kateqoriyadan