- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin Lüksemburqa qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunu üçün “23-lüy”ü bəlli olub.
Allsport.az xəbər verir ki, baş məşqçi Canni de Byazi oyunun iştirak ərizəsinə “Sumqayıt” klubundan Höccət Haqverdini daxil etməyib.
Haqverdiye yığmanın Serbiyaya 1:3 hesabı ilə uduzduğu son oyunda səhvləri ilə diqqət çəkib. O, penaltiyə səbəbkar olmaqla yanaşı, seçmə tsikldə 2-ci sarı vərəqəni alaraq, cəzalı duruma düşüb. Bununla belə, de Byazi ona dəvət göndərib.
Qonaq komanda isə Bakıya 23 oyunçu ilə gəldiyindən heyətdən heç kim çıxarılmayıb.
Bu gün Bakı olimpiya stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşması saat 21:00-da başlayacaq.