- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin futbolçusu Höccət Haqverdi klubun televiziyasına açıqlama verib. Allsport.az xəbər verir ki, millimizin üzvü “ağ-qaralar”a keçidindən danışıb:
“2-ci, 3-cü, 4-cü yerlər üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq. Çempionatda birinci yer uğrunda mübarizə aparmalı və kuboku qazanmalıyıq. Əla hisslər keçirirəm. Əvvəllər Azərbaycanda olmuşam. “Neftçi”ni tanıyıram, böyük addır. Nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də. Əlbəttə, hər bir futbolçu “Neftçi”də oynamaq istəyər. Çox tanınmış klubdur, böyük tarixə malikdir. Çoxlu azarkeşləri var. Bu keçidə görə xoşbəxtəm. Öz oyunumu burada göstərmək üçün çox istəkliyəm.
İran çempionatında fasilə yaranmışdı. Hər bir çempionatda fasilə olanda oyunçular istirahətə gedirlər. Amma peşəkar futbolçu kimi, öz bədəninin qayğısına qalmalısan. Bir neçə gün istirahət etdikdən sonra məşqçimlə birlikdə məşqlərə başladım. İndiki halda özümü 80 faiz hazır hesab edirəm. Komanda ilə məşqlərə qoşulmalıyam ki, özümü 100 faiz hazır hiss edim.
Uğur qazanmaq üçün hər bir komandada futbolçular arasında rəqabət olmalıdır. Bu daha da maraqlı olur. Hər kəs start heyətində yerini möhkəmləndirmək üçün mübarizə aparmalıdır. Bu təkcə mənim üçün deyil, komandanın uğurları üçün də faydalıdır.
Bura gələndən sonra baş məşqçi ilə aramızda danışıq oldu. İndiki vəziyyətim, hazırlığım haqqında suallar verdi, məndən nələr istədiyini izah etdi. Mənə hər şey aydın oldu. Hər şey qaydasındadır. Ümid edirəm ki, biz Avropada da uğurlar qazanarıq”.
Höccət Haqverdi “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.